Xarici İşlər Nazirliyi: Los Anceles Şəhər Şurasının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur

 

 

ABŞ-ın bəzi ştatlarının Xocalı soyqırımını tanıması, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün ifşa edilməsi fonunda erməni lobbisi primitiv yollarla deklarativ xarakterli qətnamə qəbul etməyə çalışır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev mətbuat konfransında Ermənistan KİV-in Los Anceles Şəhər Şurasının qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyi”nin tanınması haqqında qətnamə qəbul etməsi barədə yaydığı məlumatları şərh edərkən demişdir.

E.Abdullayev qeyd etmişdir ki, bu sənədin qəbul edilməsi erməni lobbisinin maliyyə vəsaiti sayəsində mümkün olmuşdur: “Sənədin heç bir hüquqi qüvvəsi yoxdur və deklarativ xarakter daşıyır”.

Onun sözlərinə görə, indiyədək ABŞ-ın müxtəlif ştatları Xocalı soyqırımı və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 18 qətnamə qəbul etmişlər: “Los Anceles Şəhər Şurasının qondarma ”Dağlıq Qarabağ Respublikası"nın “müstəqilliyi”nin tanınması haqqında qətnamə qəbul etməsi erməni lobbisinin çarəsiz cəhdləridir”.

Mətbuat katibi bildirmişdir ki, Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu həmin sənədin qəbul edilməsi ilə əlaqədar öz etirazını bildirəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında