ATƏT sədri: İsveçrə Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupu formatını dəstəkləyir

 

 

 

İsveçrə ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu formatını və Gürcüstanda baş vermiş son münaqişə ilə bağlı 2008-ci il Cenevrə beynəlxalq müzakirələrini dəstəkləyəcək. Trend-in verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Xarici İşlər Nazirliyinin Federal Departamentinin rəhbəri Didye Burkhalter demişdir.

Səfir Ancelo Qnadinger Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edilmişdir. O, ATƏT-in adından Cenevrə beynəlxalq müzakirələri zamanı həmsədrlik edəcək və Erqnetidə (Gürcüstan) “İnsidentlər barədə xəbərdarlıq və reaksiyavermə üzrə mexanizmlər” haqqında mövzuda görüşlərdə iştirak edəcək.

Burkhalterin sözlərinə görə, İsveçrə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə birbaşa cəlb olunmamışdır, lakin ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə yardım edəcək.

Departament rəhbəri bildirmişdir: “Mən Anji Kaspşiki bu vasitəçilik missiyasında öz şəxsi nümayəndəm qismində yenidən təsdiq etdim. O, həmsədrlər və ATƏT-in nümayəndəliyi arasında əlaqəni təmin edəcək. Yanvarın 16-da Vyanadakı çıxışımda qeyd etdiyim kimi, sədrlik danışıqlar prosesi üçün əlverişli mühit yaratmağa və xalqlar arasında qarşılıqlı təmasları stimullaşdırmağa çalışacaq”.

Burkhalter yanvarın 14-də Berndə Minsk qrupunun həmsədrləri və A.Kaspşiklə görüşdüyünü bildirmişdir: “Müzakirələrin əsas mövzusu ATƏT-in sədri və həmsədrlər arasında əməkdaşlıq məsələləri olub. Həmsədrlər və A.Kaspşik mənə cari vəziyyət və Minsk danışıqlar prosesində gələcək addımlar barədə məlumat veriblər. Şadam ki, son həftələr yüksək səviyyədə görüşlər aktivləşib”.

D.Burkhalter vurğulamışdır ki, atəşkəs rejiminin həssaslığı və əldə edilmiş razılaşmaların möhkəmləndirilməsinin mümkün yolları da yanvarın 14-də Berndə keçirilmiş görüşün əsas müzakirə mövzularından biri olmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında