Prezident Administrasiyasının rəsmisi son vaxtlar cəbhə xəttində gərginliyin artmasına münasibət bildirmişdir

 

 

 

Ermənistan hakimiyyəti cəbhə xəttində gərginlik yaratmaqla əhalinin diqqətini daxildəki gərgin vəziyyətdən,

çətin sosial-iqtisadi durumdan yayındırmaq istəyir

“Ermənistan hakimiyyəti cəbhə xəttində gərginlik yaratmaqla əhalinin diqqətini daxildəki gərgin vəziyyətdən, çətin sosial-iqtisadi durumdan yayındırmaq istəyir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

Əli Həsənov qeyd etmişdir ki, Ermənistanın cəhdlərinə baxmayaraq, bu, mümkün deyil: “Ermənistanın daxilindəki fəlakətli sosial-iqtisadi vəziyyət ölkə iqtidarının yürütdüyü siyasətlə birbaşa bağlıdır və bunu cəbhə bölgəsində gərginlik yaratmaqla ört-basdır etmək olmaz. Digər tərəfdən, Azərbaycanın həyata keçirdiyi fəal hücum diplomatiyası nəticəsində Ermənistan hakimiyyəti beynəlxalq aləmdə çox çətin durumla üz-üzə qalmışdır. Artıq əvvəllər olduğu kimi beynəlxalq təşkilatlar qarşısında işğal faktını ört-basdır etmək mümkün deyil. Ermənistan dövlətinə xarici aləmin, xüsusilə nüfuzlu beynəlxalq təşkilatların, Azərbaycana tərəfdaş dövlətlərin təzyiqi getdikcə artır. Ona görə də Ermənistan bu tipli addımlar atmaqla işğalçılıq siyasətini pərdələməyə çalışır. Lakin bütün bu cəhdlər heç bir nəticə verə bilməz. Zaman Azərbaycanın xeyrinə işləyir.

Ermənistan hakimiyyəti bölgədəki sülhə, təhlükəsizliyə, dövlətlər və xalqlar arasında sivil birgəyaşayış normalarına əsas maneənin məhz onun həyata keçirdiyi siyasətdən qaynaqlandığını gec-tez anlayacaq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında