Azərbaycanlı deputat Avropa Şurasının baş katibinə Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi məsuliyyəti xatırlatmışdır

 

 

 

Avropa Şurasının baş katibi Yaqland Torbyorn AŞPA-nın qış sessiyası çərçivəsində deputatlar  qarşısında hesabat səciyyəli çıxış edərək görülmüş işlər barədə məlumat vermişdir.

Sonra baş katib Assambleya üzvlərinin suallarını cavablandırmışdır. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daha ciddi səylər göstərməli olduğunu bir daha diqqətə çatdıraraq soruşmuşdur: “Hörmətli baş katib! Siz dünyanın ən mötəbər siyasi təşkilatlarından birinə baş katib seçilmisiniz və bu, əbədi olaraq sizin tərcümeyi-halınızın şərəfli bir faktıdır. Eyni zamanda, sizin fəaliyyətinizin izləri Avropa Şurasının bioqrafiyasına da həmişəlik yazılır. Mən yaxanı kənara çəkmək taktikası olan belə yanaşmanı qəbul etmirəm ki, guya bu problemlə ATƏT-in Minsk qrupu məşğul olur və Avropa Şurası passiv müşahidəçi kimi kənarda qalmalıdır. Tarixə, eləcə də həm sizin bioqrafiyanıza, həm Avropa Şurasının tərcümeyi-halına bu fakt da yazılır ki, rəhbəri olduğunuz təşkilatın bir üzv dövləti olan Ermənistan digər üzv dövlətin - Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam etdi və siz bu problemin həlli üçün konkret heç bir iş görə bilmədiniz. Bunun tarixi məsuliyyətinin fərqindəsinizmi?”

Bu sualın cavabında T.Yaqland demişdir: “Təəssüflər ki, qaldırdığınız problem Avropadakı həll edilməmiş münaqişələr sırasındadır və bu, müasir siyasi xəritədə “qara zolaq”lardan biridir. Haqlısınız ki, biz bu münaqişənin həllinə töhfələrimizi verməliyik. Biz də çalışmalıyıq ki, məsələnin diplomatik vasitələrlə həlli üçün müəyyən irəliləyişlərə təkan verək. Lakin bunu da etiraf etməliyəm ki, daha təsirli addımların atılması üçün bizim əlimizdə müvafiq vasitələr yoxdur. Hər halda həllini gözləyən bu münaqişə bizi narahat edir, məsuliyyətimizi də hiss edirik və tərəflərin mümkün həll modelləri tapmasında çox maraqlıyıq”.

Avropa Şurasının baş katibi, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin həllində mövcud beynəlxalq konvensiyalara ciddi şəkildə əməl edilməsinin vacibliyini vurğulamışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında