XİN: “Freedom House”un öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində Yerevanın yaratdığı qondarma rejimə yer verməsi bu təşkilatın qərəzliliyini göstərir

 

 

 

 

“Freedom House”un öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi bu təşkilatın qərəzliliyini göstərir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirmişdir.

E.Abdullayev demişdir: “Özünü insan hüquqlarının və fundamental azadlıqların ”keşikçisi" kimi təqdim etməyə çalışan “Freedom House” təşkilatının Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə göz yumaraq, azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləmə siyasətinə, insanlığa qarşı cinayətlərə, yerli Azərbaycan əhalisinin kütləvi şəkildə öz torpaqlarından zorla qovulmasına və sülh danışıqlarına xələl gətirən Ermənistanın təxribatçı əməllərinə qiymət vermək əvəzinə, öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi və hətta bu rejimi “qiymətləndirilmə cədvəli”nə daxil etməsi bu təşkilatın qərəzliliyini, bəyan etdiyi ali ideallardan tamamilə uzaq olduğunu və Azərbaycan xalqının faciəsinə biganə və hörmətsiz yanaşaraq, əslində təzyiq etmək siyasəti güddüyünü qabarıq şəkildə büruzə verir".

Onun sözlərinə görə, bu cür yanaşma ilə “Freedom House” təkilatı və onun himayədarları öz qərəzli mövqelərini və həqiqi simalarını bir daha ortaya qoymuş olurlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında