Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilmişdir

 

 

 

Yanvarın 27-də Müdafiə Nazirliyində Özbəkistan Respublikasının müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, general-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Şavkat Normatov ilə görüşmüşdür.

 Hər iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələrinin geniş tərkibdə keçirilən görüşündə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilmişdir.

Sonra Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, general-mayor Şavkat Normatov ilə görüşmüşdür.

Müdafiə naziri qonağı salamlayaraq ölkələrimiz arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini bildirmişdir.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulamışdır.

Nazir bildirmişdir ki, eyni zamanda, işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi yolunda, xalqımızın dəstəyi və qayğısı ilə qoşunların döyüşə hazırlığı və şəxsi heyətin döyüş əzmi yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən uğrunda düşmənlə döyüşə atılmağa hər an hazırdır.

Şavkat Normatov da öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi təmələ və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanın və Azərbaycanın vacib tərəfdaşlar olduqlarını qeyd etmişdir.

Sonra Azərbaycan-Özbəkistan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov, Özbəkistanın Müdafiə Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi, polkovnik Atabek İbadullayev və Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyev iştirak etmişlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında