ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Meri Harf AzərTAc-ın Dağlıq Qarabağ ətrafında vəziyyət barədə sualına cavab olaraq standart bəyanatla kifayətlənmişdir

 

 

 Son günlər Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Parisdə keçirilən görüşü ərəfəsində erməni tərəfi atəşkəs rejimini dəfələrlə pozmuşdur. Azərbaycan ordusu Ermənistan-Azərbaycan sərhədi boyunca və təmas xəttində ermənilərin təhrikçi hərəkətlərini layiqincə dəf etmişdir.

Yanvarın 24-də ABŞ Dövlət Departamentində keçirilən mətbuat konfransında AzərTAc-ın xüsusi müxbiri Yusif Babanlı ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Meri Harfa Dağlıq Qarabağ ətrafında vəziyyət barədə belə bir sual vermişdir: “Siz Dağlıq Qarabağda vəziyyəti izləyirsinizmi? Təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində atışmalar davam edir. Bundan əlavə, yanvarın 24-də xarici işlər nazirləri Parisdə görüşmüşlər. Azərbaycan XİN başçısı Azərbaycanın ərazi bütövlüyü barəsində öz ölkəsinin mövqeyini bir daha təsdiqləmişdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tamamilə müvafiqdir. ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin 2014-cü il üçün hansı planları vardır?”.

Meri Harf bu sualın cavabında standart bəyanat verməklə kifayətlənmişdir. Dövlət Departamentinin nümayəndəsi demişdir: “Biz həmin region da daxil olmaqla dünyanın istənilən nöqtəsində itkilər barədə məlumat alanda buna təəssüflənirik. Bizim mövqeyimiz dəyişməz qalır: bu münaqişə güc tətbiq edilməklə həll oluna bilməz. Biz bütün tərəfləri zor tətbiq etməkdən və zor tətbiq edilməsi barədə hədə-qorxudan çəkinməyə çağırırıq. Sizin qeyd etdiyiniz kimi, ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir. Münaqişənin dinc yolla nizamlanmasına nail olmaq üçün biz əvvəlki kimi tərəflərlə əməkdaşlığın tərəfdarıyıq. Bizim bu məqsədimiz dəyişməzdir. Bunun çətin olduğunu başa düşürük, lakin biz öz səylərimizi davam etdiririk”.

Meri Harf ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrinin planları barəsində sualın cavabında demişdir ki, hazırda bu barədə məlumatı yoxdur, lakin bu məsələni həmkarları ilə aydınlaşdıracaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında