Davosda Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilmişdir

 

 

Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə yaradılmış genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilmişdir.

Forum Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dünya İqtisadi Forumunun və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə 50 ölkənin dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Forumda Ruanda Prezidenti Pol Kaqame genişzolaqlı internetin müasir dünyadakı rolundan danışmış, bu istiqamətdə ölkələrin qarşılıqlı əməkdaşlığının, təcrübə mübadiləsinin zəruriliyini qeyd etmişdir.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture rəhbərlik etdiyi təşkilatın genişzolaqlı internetin inkişafı istiqamətində apardığı işlərdən və bir sıra ölkələrin təcrübələrindən danışmışdır. Bu baxımdan Azərbaycan hökumətinin də ölkəni yüksək sürətli internetlə təmin edəcək təşəbbüsünü yüksək qiymətləndirmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunda qazanılmış uğurlardan, xüsusilə yüksək sürətli internetin inkişafından danışmış və bu Komissiya vasitəsilə müsbət təcrübə mübadiləsinin aparılacağını bildirmişdir.

Tədbirin iştirakçıları genişzolaqlı internetin inkişafı ilə bağlı müzakirələrə qatılmış, bu istiqamətdə dövlət-özəl sektor platformasının tətbiqinin vacibliyini qeyd etmiş, bu forumun növbəti illərdə də bu formatda davam etdirilməsi tövsiyə olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında