Ali Məclisdə görüş

 

 

 

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası Üzv Dövlətləri Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi Üzrə Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono-Qrex ilə görüşmüşdür.

Qonaqları salamlayan Ali Məclisin sədri Azərbaycanın 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvü olduğunu xatırladaraq demişdir ki, ötən illər ərzində ölkəmizlə Avropa Şurası arasında sıx əməkdaşlıq qurulmuş, qarşıya qoyulan öhdəliklər uğurla yerinə yetirilmişdir. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də Avropa Şurası arasında əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin sədri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Naxçıvan nümayəndə heyətinin təmsil olunduğunu diqqətə çatdırmışdır.

Ali Məclisin sədri muxtar respublikada Avropa Şurası qarşısında götürülən öhdəliklərin icrasının təmin edildiyini bildirmiş və belə səfərlərin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamışdır.

Səmimi qəbula və xoş münasibətə görə minnətdarlıqlarını bildirən həmməruzəçilər Pedro Aqramunt və Cozef Debono-Qrex Naxçıvana ilk dəfə səfər etdiklərini və bundan məmnunluqlarını ifadə etmişlər. Səfər çərçivəsində muxtar respublikada bir sıra görüşlər keçirəcəklərini bildirən qonaqlar əlaqələrin daha da genişlənməsi üçün potensialın olduğunu qeyd etmişlər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında