Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələr inkişaf edir

Azərbaycanda səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin rəhbərliyi ilə nümayəndə heyəti avqustun 10-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov qonaqları salamlamış, Azərbaycan Respublikasının Niderland Krallığı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirmişdir. Milli Məclisin sədri demişdir ki, biz hər iki ölkənin ədliyyə nazirlikləri arasındakı əlaqələri yüksək qiymətləndiririk və dəstəkləyirik. İnanırıq ki, bu əlaqələr digər sahələrdə də əməkdaşlığımızın genişlənməsində mühüm rol oynayacaqdır.
Azərbaycan ilə Niderland arasında ikitərəfli əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən O.Əsədov demişdir ki, hökumət və parlament rəhbərlərinin, eləcə də ayrı-ayrı nazirlərin, deputatların qarşılıqlı səfərləri, keçirdikləri görüşlər əlaqələrimizi daha da möhkəmləndirir.
O.Əsədov Niderland Krallığı parlamentinin sədri Rene van der Lindenlə dostluq əlaqələrindən, görüşlərindən danışmış və qeyd etmişdir ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Bu qruplar təkcə parlamentlərarası əlaqələrin deyil, xalqlarımızın dostluq münasibətlərinin inkişafına töhfə verirlər. Milli Məclisin sədri Rene van der Lindenin sentyabrın əvvəllərində Azərbaycana səfərə gələcəyini bildirmişdir. Ernst Xirş Ballin ətraflı məlumata və xoş sözlərə görə minnətdarlıq edərək demişdir ki, Azərbaycanda çox mühüm və səmərəli görüşlər keçirmişdir. İki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair bir neçə il əvvəl imzalanmış memorandum hazırda daha geniş sahələri əhatə edir. Biz bu gün hüquq mühafizə, insan hüquqları, miqrasiya və digər sahələrdə uğurla əməkdaşlıq edirik. İnanırıq ki, bu səfərdən sonra əlaqələrimiz daha da genişlənəcəkdir.
Niderlandlı nazir ölkəsinin parlament sədrinin Bakıya nəzərdə tutulmuş səfərinin də hər iki tərəf üçün faydalı olacağına inamını ifadə etmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında