Səfir: “Azərbaycan-Belarus əlaqələri strateji əməkdaşlıq səviyyəsini qoruyub saxlamaqdadır”

 

 

Azərbaycanla Belarus arasındakı əlaqələr strateji əməkdaşlıq səviyyəsini qoruyub saxlamaqdadır. APA- nın məlumatına görə, bu sözləri bu gün Azərbaycan-Belarus əməkdaşlığının 2013-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç demişdir.

Səfir qeyd etmişdir ki, 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Belarus arasındakı ticarət dövriyyəsi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 63% artaraq 268,6 milyon dollar təşkil etmişdir.

Ötən ilin yubiley ili olduğunu deyən səfir bildirmişdir ki, 2013-cü ildə ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd etmişlər. O həmçinin vurğulamışdır ki, ötən il Aleksandr Lukaşenko Bakıya, prezident İlham Əliyev isə Minskə səfər etmişlər:

“Bu əməkdaşlığın əsas prioritetləri sırasında istehsal kooperasiyası, tikinti, təhsil və səhiyyə sahəsində birgə layihələr, habelə elm və texnologiyalar sahəsində əməkdaşlıqdır. 2013-cü ildə istehsal kooperasiyasının inkişafında önəmli mərhələlərdən biri Belarus və Azərbaycan mütəxəssislərinin Minskdən gətirilən şassilər üzərində “Gəncə Avtomobil Zavodu” İB-də avtobus və avtomobillərin istehsalının təşkilidir. Hazırda həmin nəqliyyat vasitələri Azərbaycanda sınaqdan və sertifikasiyadan keçirilir. Həmçinin Belarus və Azərbaycan mütəxəssislərinin Azərbaycanda MAZ və MTZ texnikası üçün ehtiyat hissələrinin kooperasiya istehsalının təşkili istiqamətində də iş davam edir”.

Diplomat həmçinin qeyd etmişdir ki, ötən il Belarusun “Qrodnopromstroy” ASC İsmayıllı rayonunda məcburi köçkünlər üçün yaşayış qəsəbəsinin salınması ilə bağlı işləri yekunlaşdırmışdır. Burada 45 ev, məktəb və tibb məntəqəsi inşa edilmişdir.

Jurnalistlərlə görüş zamanı N. Patskeviç iki ölkənin təhsil sahəsindəki əməkdaşlığı haqqında da məlumat vermişdir. Onun sözlərinə görə, 2008-2009-cu illərdə Belarusun ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı 15 nəfər idisə, 2012-2013-cü tədris ilində həmin rəqəm 143-ə çatmışdır. 160 nəfərdən çox tələbə FHN xətti ilə təhsil alır.

Diplomat bildirmişdir ki, 2014-cü ildə ikitərəfli ələqələrin inkişafı uğurla davam etdiriləcək. Onun sözlərinə görə, Belarus dostluq və qardaşlığa əsaslanan uzunmüddətli əməkdaşlığı hədəfə almışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında