Avropa İttifaqı Şurasının sədri Evangelos VENİZELOS: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır

 

 

 

ATƏT-ə üzv və Avropa İttifaqı Şurasına sədrlik edən ölkə kimi Yunanıstan Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və münaqişə tərəfləri üçün məqbul həllinə nail olmaq məqsədilə göstərdiyi səyləri tamamilə dəstəkləyir. Bunu bu ilin birinci yarısında Aİ Şurasına sədrlik edən Yunanıstanın xarici işlər naziri və baş nazirinin müavini Evangelos Venizelos Trend-ə eksklüziv müsahibəsində bildirmişdir.

Nazirin sözlərinə görə, münaqişələrin sülh yolu ilə həlli Yunanıstanın xarici siyasətinin fundamental prinsipidir və bu, həmçinin bir Avropa prinsipidir: “Bu o deməkdir ki, münaqişələr beynəlxalq hüquq və milli suverenlik prinsipləri çərçivəsində həll olunmalıdır”.

Yunanıstanın xarici işlər nazirinin sözlərinə görə, Avropa İttifaqının da Dağlıq Qarabağ məsələsinin həllində xüsusi marağı var və bu maraq Cənubi Qafqaz üzrə Avropa İttifaqının xüsusi nümayəndəsinin təyin olunmasında özünü göstərdi: “Bu konteksdə Avropa İttifaqının xüsusi nümayəndəsi münaqişənin həllində irəliləyişə nail omaq üçün əlverişli mühitin yaradılması və gərginliyin aradan qaldırılması istiqamətində ATƏT-in Minsk qrupuna dəstək rolunda çıxış edə bilər”.

E.Venizelos bildirmişdir ki, Yunanıstan həm ATƏT, həm də Aİ çərçivəsində münaqişələrin həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyən qərəzsiz vasitəçi rolunu oynayır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında