Siyavuş Novruzov: "Dağlıq Qarabağ problemi NATO Parlament Assambleyasının payız sessiyasında müzakirə olunacaqdır"

Dağlıq Qarabağ problemi NATO Parlament Assambleyasının payız sessiyasında müzakirə olunacaqdır.
Bu barədə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məlumat vermişdir.
S.Novruzov bildirmişdir ki, NATO Parlament Assambleyasının Riqada keçirilmiş yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinin qurumun rəhbərliyi ilə görüşü olmuşdur. Görüşdə diqqətə çatdırılmışdır ki, digər nüfuzlu beynəlxalq qurumlarda Dağlıq Qarabağ məsələsi müzakirə edilir. Bu mənada NATO PA-nın sessiyalarının birində də belə müzakirələrin aparılması məqsədəuyğundur.
Nümayəndə heyətinin üzvü demişdir: "Görüşün nəticəsi olaraq qurumun rəhbərliyi Dağlıq Qarabağ probleminin müzakirəsinin NATO PA-nın payız sessiyasının gündəliyinə daxil edilməsi ilə bağlı tapşırıq vermişdir. Artıq məsələ ilə əlaqədar məruzəçilər təyin olunmuşdur və müvafiq komitədə hazırlıq işləri gedir". YAP icra katibi müavininin sözlərinə görə, NATO daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Qurumun 50 illiyinə həsr olunmuş kitabda da verilən xəritədə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qeyd olunmuş və onun mərkəzi Xankəndi adı ilə göstərilmişdir.
Nümayəndə heyətinin üzvü Ermənistanın məsələyə etiraz etməsinə münasibət bildirərək qeyd etmişdir ki, işğalçı dövlətin bu cəhdləri nəticəsiz qalacaqdır. Çünki NATO PA-nın rəhbərliyi onların müraciətini qəbul etməmişdir.
S.Novruzov vurğulamışdır ki, NATO nüfuzlu hərbi-siyasi təşkilatdır və qurumun Azərbaycanla sıx əməkdaşlığı mövcuddur. Belə bir nüfuzlu təşkilat Ermənistan tərəfinin müxtəlif bəhanələrlə Dağlıq Qarabağ probleminin müzakirəsinin təxirə salınması cəhdlərinin qarşısını alacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında