Milli Məclisdə Azərbaycan-Meksika əlaqələri müzakirə olunmuşdur

 

 

 

Yanvarın 13-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Meksika Senatının xarici məsələlər komissiyasının sədri Qabriela Kuevas Barronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycan-Meksika əlaqələrindən danışan Z.Əsgərov son illər ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini demişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Meksika ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir. Milli Məclis sədrinin birinci müavini Azərbaycanın haqq işini hər zaman dəstəklədiyi üçün Meksika hökumətinə minnətdarlığını bildirmişdir.

Z.Əsgərov ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. O, Azərbaycan ilə Meksika arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün lazım olan hüquqi bazanın yaradılmasında qanunverici orqan olaraq Milli Məclisin üzərinə düşən bütün işləri görməyə hazır olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, indiyədək iki ölkə arasında cəmi beş sənəd imzalanmışdır, 26 sənədin üzərində isə iş gedir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Meksika Senatının xarici məsələlər komissiyası arasında imzalanmış “Əməkdaşlıq və parlamentlərarası dialoq haqqında” Anlaşma Memorandumunu yüksək qiymətləndirən Z.Əsgərov bildirmişdir ki, bu sənəd parlamentlərarası əlaqələrin inkişafının yeni mərhələsi üçün hüquqi baza rolunu oynayacaqdır.

Milli Məclis sədrinin birinci müavini Azərbaycanda son illər əldə edilmiş uğurlardan da danışmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Ziyafət Əsgərov bildirmişdir ki, Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara əməl etmir.

Qabriela Kuevas Barron qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində önəmli olduğunu demişdir.

Son illər Azərbaycanda müşahidə olunan sürətli inkişafdan danışan qonaq  bir çox sahələrdə ölkəmizin təcrübəsinin öyrənilməsinin önəmini qeyd etmişdir. O əmin olduğunu bildirmişdir ki, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi ölkələrimizin gələcək inkişafına təkan verəcəkdir.

Qabriela Kuevas Barron Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə beynəlxalq hüququn prinsipləri əsasında və sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında  fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında