Ankarada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sərgi təşkil olunmuşdur

 

 

Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ankaradakı Rəsm və Heykəl Muzeyində bu ölkədə yaşayan azərbaycanlı rəssamların üçüncü rəsm sərgisini təşkil etmişdir.

Sərginin açılışında Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmət Sezgin, qardaş ölkənin mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Genç, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, tanınmış mədəniyyət və elm xadimləri, deputatlar, KİV təmsilçiləri iştirak etmişlər.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov dünya azərbaycanlılarının həmrəylik düşüncəsinin milli idrakımıza həkk olunmasında Ümummilli Liderimizin öncül rolundan, azərbaycançılıq məfkurəsinin formalaşmasında ulu öndərimizin dərin milli ideologiyasından, Azərbaycan və Türkiyə kimi iki qardaş dövlətin xalqlarının dünyada bənzərsiz yaxınlığından və bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən geniş söhbət açmışdır.

Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Genç bütün azərbaycanlıları bayram münasibətilə təbrik etmişdir.

Sərgidə azərbaycanlı rəssamlar Ədalət Qara, Arif Ələsgərov, Asim Rəsuloğlu, Elçin Mustafayev, Fatma Dəmir Quliyeva, İsmayıl Hüseynov, Lalə Avşar, Lətafət Məmmədova, Mənsur Cəfərov, Məhəmməd Yüzbaşıyev, Məhər Bayramov, Məhəmməd Şirzad, Məzahir Ərtuğ Avşar, Məhəmməd Əliyev, Nazim Məmməd, Pərvanə Əlizadə, Rafiq Əziz, Rahim Məhmədov, Rəsul Rzayev, Sabir Mehdiyev, Sadiq Babayev, Səid Rüstəm, Sənan Eynullayev, Sərhad Rzayev, Şahin Məmmədov, Tariyel Əlizadə, Teymur Ağalıoğlu, Teymur Rzayev, Ümbülbanu Həmidova, Vahid Novruzov, Vahid Talıb, Yaşar Zeynalov, Yusif Əlizadə və Ziyad Sultanovun əsərləri nümayiş etdirilir.

Oqtay BAYRAMOV

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında