Əli HƏSƏNOV: Azərbaycan Ermənistanın Gömrük İttifaqına daxil olmasına rəsmi şəkildə etiraz etmişdir

 

 

Ermənistan silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayınca və ölkəmizin ərazi bütövlüyü bərpa olunmayınca, bu dövlətin Gömrük İttifaqına daxil olmasına Azərbaycan rəsmi şəkildə etiraz edir.

Bu sözləri müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

Şöbə müdiri bildirmişdir ki, Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt edən bir işğalçı dövlət qismində hansısa ittifaqa və yaxud birliyə daxil olması beynəlxalq hüququn prinsiplərinə ziddir. Əli Həsənov demişdir: “Hamıya məlumdur ki, BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsdiq olunub və birmənalı şəkildə işğalçı dövlətin zəbt etdiyi əraziləri boşaltmaq tələbi ortaya qoyulub. Buna görə də Ermənistanın Gömrük İttifaqına və yaxud bu tipli digər qurumlara daxil olması yalnız işğal altında olan torpaqlar azad edildikdən sonra baş verə bilər”.

Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, əks təqdirdə Ermənistanın ərazi və sərhədləri hansısa ittifaqa daxil olma məqamında Azərbaycanın pozulmuş ərazi bütövlüyü hesabına beynəlxalq yurisdiksiyalarla ziddiyyət təşkil edir. Bu dövlət ya rəsmi şəkildə işğal edilmiş ərazilərə iddialı olduğunu etiraf etməli, daxil olduğu qurumlar isə bunu qəbul etməlidir, ya da ki, həmin torpaqları geri qaytarmalı və BMT çərçivəsində təsdiq olunmuş əraziləri ilə yeni ittifaqlara üzv olmalıdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında