Ümumrusiya Azərbaycan Konqresinin 2013-cü ilin yekunlarına həsr olunmuş iclası keçirilmişdir

 

 

 

 

Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) illik yekun iclası keçirilmişdir.

 İclasda təşkilatın fəaliyyəti, gələcək planları və layihələri müzakirə olunmuşdur.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev təşkilatın “Azərbaycan konqresi” qəzeti və saytında aparılan təkmilləşdirmə işlərindən danışmış, region rəhbərlərini ÜAK-n məlumat resurslarından daha fəal istifadə etməyə çağırmışdır. O, ÜAK-ın yeni layihəsi olan Hüquqi Yardım Mərkəzi haqqında məlumat vermişdir.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov qeyd etmişdir ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının arxasında tarixi Vətəni, güclü Azərbaycan dövləti və  Azərbaycan Prezidenti dayanmışdır. Rusiyada yaşayan azərbaycanlıların güvənc yeri isə ölkəmizin rəsmi nümayəndəliyi olan səfirlikdir. Rusiyada Azərbaycan diasporunun güclü olmasının təminatı onun birliyi, azərbaycanlıların milli maraqları ətrafında birləşmələridir. Ulu öndər Heydər Əliyev həmişə bizə bunu tövsiyə edirdi. Ümummilli lider xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğı ilə yanaşmışdır. Hazırda bu siyasət ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilir.

Diplomat qeyd etmişdir ki, müasir şəraitdə ÜAK daha da təkmilləşdirilməli və gücləndirilməlidir. Bu işdə səfirliyin imkanlarından və səfir Polad Bülbüloğlunun Rusiyada böyük nüfuzundan istifadə olunur.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev tədbir iştirakçılarına Sankt-Peterburq regional nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Elmar Şahirzayevi təqdim etmişdir. Qeyd olunmuşdur ki, uzun müddət Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər İdarəsinin informasiya departamentinin rəhbəri vəzifəsində çalışmış Elmar Şahirzayev bu regionda yaşayan soydaşlarımız arasında böyük nüfuza və hörmətə malikdir. İclas iştirakçıları Leninqrad vilayəti qanunvericilik orqanının deputatı Səyyad Əliyevi ÜAK-ın Rusiyanın Şimali-Qərb regionu üzrə bölməsinin rəhbəri seçmişlər. 

Tədbirdə ÜAK-ın yeni yaradılmış Hüquqi Yardım Mərkəzinin sədri Vladislav Şvetsov və sədr müavini, Rusiyanın fəxri hüquqşünası Azər Əliyev bu məşvərət şurasının fəaliyyəti barədə danışmışlar. Qeyd olunmuşdur ki, Rusiyada üç kateqoriyaya aid azərbaycanlılar yaşayırlar. Onlar bu dövlətin vətəndaşlığını qəbul etmiş, Rusiya ərazisində müvəqqəti olan və işləmək üçün gələn azərbaycanlılardır. Hazırda miqrantların qanunları bilmədikləri üçün çətin vəziyyətə düşmələrinin qarşısını almaq məqsədilə xüsusi yaddaş kitabçası hazırlanır. Bu cür kitabçalar hava limanlarında, bilet kassalarında və vağzallarda soydaşlarımıza paylanılacaqdır.

Tədbirin sonunda ÜAK-ın prezidenti Məmməd Əliyev və icraçı direktoru İlqar Hacıyev Rusiya Federasiyasının ictimai həyatında fəal iştirak edən diaspor üzvlərinə Konqresin medallarını, diplomlarını və fəxri fərmanlarını təqdim etmişlər.

Təltif olunanlar arasında ÜAK-ın Moskva vilayəti üzrə bölməsinin rəhbəri Əlizaman Rəhimov, “Baku” jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin üzvləri Ayan Həsənova, Emin Hacıyev, Moskvadakı Dərviş Teatrının rəhbəri Mərdan Feyzullayev və başqaları vardır. Azərbaycan kütləvi informasiya vasitələrinin Rusiyada təmsil olunan nümayəndələri - Səfər Səfərov (AzTV), İqbal Hüseynov (“İnterAz”), Fərid Əkbərov (APA), Roman Ağayev (SalamNews), Elzar Ağayev (ATV), Anar Həsənov (Lider TV), Loğman Məmmədov (Xəzər TV) və başqaları da mükafat alanlar sırasındadırlar.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında