Bakıda Ukraynanın nüfuzlu “LİÇNOSTİ” (“ŞƏXSİYYƏTLƏR”) jurnalının Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilmişdir

 

 Dekabrın 26-da Bakıda Ukraynanın nüfuzlu “LİÇNOSTİ” (“ŞƏXSİYYƏTLƏR”) jurnalının Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə qısametrajlı film gюstərilmişdir. Tədbirdə dюvlət və hюkumət rəsmiləri, Milli Məclisin deputatları, ictimai xadimlər, alimlər, KİV nümayəndələri iştirak etmişlər.

Hər buraxılışını dünyanın məşhur şəxsiyyətlərinə həsr edən jurnalın bu nюmrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, xarici işlər naziri Elmar Məmmədyarovun, Milli Məclisin deputatı Elmira Axundovanın, habelə Aleksey Krayevski, Qrem Uilson və başqalarının məqalələri dərc olunmuşdur.  Jurnalın xüsusi buraxılışında Azərbaycan Prezidentinin genişmiqyaslı fəaliyyəti, həmçinin юlkənin sürətli inkişafı ilə bağlı məqalələr verilmişdir. Nəşrdə ümummilli lider Heydər Əliyev haqqında geniş məqalə dərc olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə çıxış etmişdir. Akademik Ramiz Mehdiyev bildirmişdir ki, nüfuzlu “LİÇNOSTİ” jurnalının müstəqil Azərbaycanın Prezidentinə həsr olunmuş xüsusi nюmrəsi geniş ictimaiyyətin gюrkəmli dюvlət xadimi İlham Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə daha yaxından tanış olmasına kюmək edəcəkdir. Akademik Ramiz Mehdiyev demişdir: “Ukraynalı dostlarımızın bu təşəbbüsü çoxmillətli auditoriyanın Azərbaycan Prezidentini yalnız müdrik siyasi xadim kimi deyil, həm də xalqının ləyaqətli oğlu, həqiqi vətənpərvər, Vətəninin inkişafı naminə yorulmadan çalışan lider kimi tanımasına imkan verəcəkdir”.

Akademik Ramiz Mehdiyev qeyd etmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı qlobal planları olan regional dюvlətə çevirmişdir. Prezident Administrasiyasının rəhbəri demişdir: “Güclü, ardıcıl və xalq tərəfindən dəstəklənən Prezident İlham Əliyev kimi lider olmasaydı, юlkənin inkişafında yüksək nəticələr əldə etmək mümkün olmazdı. Təsadüfi deyildir ki, İlham Əliyevin prezidentliyi dюvründə юlkəmiz haqqında Avrasiyada yeni maraqlı fenomen kimi danışmağa başlamışlar”.

Jurnalın yeni xüsusi buraxılışı barədə danışan baş redaktor Yuri Beletski demişdir: “Jurnal ilk dəfədir bir nəfərə - siyasi lider, parlaq və güclü şəxsiyyət olan Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilmişdir”.

Tədbirdə daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Ukrayna Kitab Nəşri və Yayımı Assosiasiyasının prezidenti Aleksandr Afonin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Ukrayna Milli Teleradio Komitəsinin nümayəndəsi Tatyana Demçenko, Milli Məclisin deputatı Elmira Axundova və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev çıxış etmişlər.

Natiqlər bildirmişlər ki, Prezident İlham Əliyevin siyasəti və strategiyası sayəsində Azərbaycan regionun lider dюvlətinə çevrilmişdir, respublikada əhalinin maddi rifahı yüksəlir, təhsilin, səhiyyənin və başqa sahələrin inkişafına bюyük diqqət yetirilir. Qeyd edilmişdir ki, bu gün Azərbaycan humanitar problemlərin, tolerantlığın müzakirə mərkəzi, konfessiyalararası dialoq məkanıdır. Vurğulanmışdır ki, Azərbaycanın xarici siyasət, iqtisadiyyat, mədəniyyət, idman sahələrində qazandığı uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyev strategiyasının layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

(Tədbirdən geniş hesabat qəzetin nюvbəti nюmrəsində dərc ediləcəkdir).


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında