Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycan Diplomatik Akademiyasında olmuşdur

 

 

 

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov dekabrın 26-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşdur.

AzərTAc xəbər verir ki, ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev Dağıstan Prezidentinə bu ali təhsil ocağının tarixi, fəaliyyəti, strukturu, həyata keçirdiyi proqramlar, Azərbaycanın təhsil sisteminə gətirdiyi yeniliklər haqqında ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, akademiyada Azərbaycan da daxil olmaqla 30-dək ölkədən tələbə təhsil alır. Əsasən ABŞ, Ukrayna, Türkiyə, Çexiya, Misir və digər ölkələrdən gənclər buradakı tədrisə böyük maraq göstərirlər.

Hazırda ADA-nın 6 bakalavr, 3 magistr proqramının olduğunu deyən Hafiz Paşayev qeyd etmişdir ki, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edən akademiyada tədris ingilis dilində aparıldığından buraya xarici ölkələrin tanınmış universitetlərindən əksəriyyəti professor olmaqla pedaqoqlar mühazirə oxumaq üçün dəvət olunurlar. Eyni zamanda, Azərbaycandan olan mütəxəssislər də ADA-da dərs deyirlər. 

      Diqqətə çatdırılmışdır ki, Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan akademiyada ingilis dilində 120 mindən artıq kitab vardır. Kitabxananın digər mühüm xüsusiyyəti burada bir milyondan çox elektron kitabın olmasıdır.

Akademiyanın akt zalı ilə tanışlıq zamanı məlumat verilmişdir ki, burada müasir avadanlıq quraşdırılmışdır. Məlumat verilmişdir ki, ADA-da Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal da vardır.

Dağıstan Prezidenti akademiyada Qarabağa həsr olunan müxtəlif sənət əsərlərindən ibarət sərgi ilə də tanış olmuşdur.

Prezident Ramazan Abdulatipov ADA-nın fəaliyyətini yüksək qiymətləndirmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında