Ermənistanın hakim partiyası: Nursultan Nazarbayevin Gömrük İttifaqının sərhədlərini Dağlıq Qarabağ problemi ilə əlaqələndirməsi qəbuledilməzdir

 

 

 

 “Nursultan Nazarbayevin Gömrük İttifaqının sərhədlərini Dağlıq Qarabağ problemi ilə əlaqələndirməsi Ermənistan üçün qəbuledilməzdir”.

APA -nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan deyib. O bildirib ki, belə bəyanat Qazaxıstan və Azərbaycan arasındakı dostluq münasibətləri ilə əlaqədardır və N. Nazarbayev vaxtaşırı Qarabağ problemini qaldırır.

Q. Saakyan Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı imzalanan “yol xəritəsi” haqda heç nə bilmədiyini etiraf edib və yaxın vaxtlarda bu sənədin dərc olunacağını söyləyib.

Xatırladaq ki, Avrasiya Ali İqtisadi Şurasının dekabrın 24-də keçirilən iclasında N. Nazarbayev bildirib ki, onun ölkəsi Ermənistanın Gömrük İttifaqına qoşulmasına dair “yol xəritəsi”ni xüsusi qeydlə imzalayacaq. O, Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsində izahat gözlədiklərini vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında