Macarıstan parlamentinin deputatı: Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir, seçkilər isə Azərbaycan icmasının iştirakı olmadan qeyri-legitimdir

 

 

Macarıstan parlamentinin deputatı  Tamaş Qaudi-Nad bəyanatla çıxış edərək,  Dağlıq Qarabağın “müstəqil dövlət” xarakteristikasını rədd etmiş və birmənalı olaraq bu regionu “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tərkib hissəsi ” adlandırmışdır. Macarıstan deputatının fikrincə, “Azərbaycan  ərazisinin 20 faizinin bundan sonra da işğal altında qalması yolverilməzdir. Bu fakta dözmək olmaz, dünya birliyi və beynəlxalq təşkilatlar isə Ermənistanı Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal çıxmağa məcbur etməlidirlər”.

T.Qaudi-Nad Xankəndidə oturan faktiki hakimiyyəti “heç bir legitimliyi olmayan hakimiyyət adlandırmışdır, çünki etnik təmizləmələr səbəbindən onun formalaşmasında yerli elektoratın üçdəbir hissəsi iştirak etməmişdir”.

 Öz mövqeyinə aydınlıq gətirən deputat demişdir: “Dağlıq Qarabağdan və ətraf  rayonlardan köçkünlər təkcə öz evlərinə qayıtmaq deyil, hətta doğmalarının məzarlarını ziyarət etmək imkanından məhrumdurlar. Şübhəsiz ki, Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasını, habelə müstəqil dövlətə təcavüz olunmasını və onun işğalını qadağan edən BMT Nizamnaməsini pozaraq  onlara qarşı etnik təmizləmə aparılmışdır”.

Macarıstan siyasətçisi Dağlıq Qarabağ regionunda faktiki hakimiyyət orqanlarının legitimliyinin dərəcəsi məsələsinə qayıdaraq demişdir ki, doğma yurd-yuvalarından  qovulması səbəbindən Azərbaycan icmasının regionda fiziki yoxluğu, habelə Ermənistanın onların öz evlərinə qayıtmasına, demokratik hakimiyyət təsisatlarının formalaşması prosesində iştirak etməsinə icazə verməməsi şəraitində vaxtaşırı olaraq Dağlıq Qarabağda keçirilən  hər hansı seçki  qanuni, azad və demokratik sayıla bilməz. “Aydın məsələdir ki,  Qarabağdan və  ətraf rayonlardan qovulmuş  bütün məcburi köçkünlər formal olaraq həmin ərazilərin sakinləri sayılır və işğala tezliklə son qoyulandan sonra öz evlərinə qayıdıb yerli hakimiyyət orqanlarına seçkilərdə iştirak etməlidirlər. O vaxta qədər Ermənistan  burada seçkiləri imitasiya etməməlidir, çünki bura Azərbaycanın ərazisidir, əvəzində BMT qətnamələrinə əməl edib işğala son qoymalıdır”. 

Deputat onu da bildirmişdir ki, bir müddət əvvəl Azərbaycana səfər etmiş, qaçqınlar düşərgələrində olmuş və hətta Qarabağdan olan bir müəllimənin ailəsinin yaşadığı evə dəvət olunmuş, ermənilər tərəfindən qovulmaları və Ermənistan hərbi qulluqçularının onlara qarşı törətdikləri hərbi cinayətlər barədə bir çox azərbaycanlı qaçqının söhbətlərini dinləmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında