Bakıda “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda beynəlxalq seminar işə başlamışdır

 

 

 

Dekabrın 16-da Milli Məclisdə “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda beynəlxalq seminar işə başlamışdır.

Seminar Azərbaycan Milli Məclisi və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (PAA) tərəfindən təşkil edilmişdir. Tədbirdə MDB ölkələrinin parlamentlərinin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, seçki qanunvericiliyi sahəsində mütəxəssislər iştirak edir.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov tədbirin açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun seminar iştirakçılarına təbrik məktubunu oxumuşdur. Məktubda qeyd edilir ki, seminarın keçirilməsi həm təcrübə mübadiləsi, həm də müasir elektoral proseslərin təhlili baxımından böyük əhəmiyyət kəsb edir. Spikerin məktubunda deyilir: “Qısa müddətdə MDB ölkələrində seçki mexanizmlərində islahatlar aparılmışdır, bu ölkələr dünya təcrübəsindən bəhrələnərək daim seçki sistemini təkmilləşdirməyə çalışırlar”. Oqtay Əsədov qeyd edir ki, Azərbaycanda Seçki Məcəlləsi qəbul ediləndən sonra azad seçkilər keçirilməsi üçün qanunvericilik bazası yaradılmış, seçki komissiyası formalaşdırılmışdır. Bu komissiya seçki qanunvericiliyinin normativləri və tələbləri əsasında fəaliyyət göstərir. Spiker vurğulayır ki, ölkəmizdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi fasiləsiz prosesdir. Azərbaycanda Prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi bunun əyani göstəricisidir.

Seminarın açılışında MDB Parlamentlərarası Assambleya Şurasının sədri Valentina Matviyenkonun məktubu da oxunmuşdur.

MDB PAA-nın baş katibi Aleksey Sergeyev çıxışında vurğulamışdır ki, MDB ölkələri seçki proseslərinin açıq keçirilməsinə can atırlar, bu sahədə zəngin təcrübəyə malik olan Avropa dövlətlərinin praktikasından istifadə edirlər. Baş katib qeyd etmişdir ki, seminar MDB ölkələrinin seçki qanunvericiliyinə dair mövqelərinin yaxınlaşmasına, bütövlükdə, seçki prosesinin təkmilləşdirilməsinə xidmət edəcəkdir.

A.Sergeyev demişdir: “Seminarın keçirilməsi üçün Bakının seçilməsi təsadüfi deyil. Azərbaycanda bu yaxınlarda yüksək səviyyədə başa çatmış Prezident seçkiləri bu ölkədə qanunvericilik prosesinin böyük inkişaf yolu keçdiyinə dəlalət edir. Bunu nəzərə alaraq birliyin üzvü olan digər ölkələrin də Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməsi faydalı olardı. Seminar iştirakçıları bu məqsədlə Azərbaycan Mərkəzi Seçki Komissiyasının fəaliyyəti ilə tanış olacaqlar”.

İki gün davam edəcək seminarda Avropa və MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı, seçkilərin monitorinqində qeyri-hökumət təşkilatlarının iştirakı, elektoral qanunvericiliyin tətbiq edilməsi mövzularına aid məruzələr dinləniləcək, Birliyin üzvü olan müxtəlif ölkələrin seçki sistemləri müzakirə ediləcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında