Türkdilli ölkələrin xarici işlər nazirləri Bodrumda mətbuat konfransı keçirmişlər

Türkiyənin Bodrum şəhərində qeyri-rəsmi görüş keçirən türkdilli ölkələrin xarici işlər nazirlərinin mətbuat konfransı olmuşdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir ki, görüşdə türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Dağlıq Qarabağ məsələsini müzakirə etmişdir. E.Məmmədyarov demişdir ki, bu problemin həllində Türkiyə kimi gülcü dövlətin dəstəyi çox vacibdir və gələcəkdə də bu dəstəyin davam edəcəyinə inanırıq. Nazir əlavə etmişdir ki, mədəniyyəti və kökləri bir-birinə yaxın olan türkdilli dövlətlər problemləri də birlikdə həll etməlidirlər.
Əhməd Davudoğlu bu il İstanbulda Türk Dünyası Şurasının Baş Katibliyinin yaradılacağını, türkdilli ölkələrin sıx əməkdaşlığı üçün səylərin artırılacağını demişdir. Bundan əlavə, türkdilli ölkələrin xarici işlər nazirləri gələn ay rəsmi görüş də keçirəcəklər.
Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev türkiyəli həmkarı ilə son bir ildə 12 dəfə görüşdüyünü xatırladaraq, türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşlərinin qardaşlıq tellərinin gücləndirilməsi üçün zəruri olduğunu vurğulamışdır.
Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev də türk dünyası ölkələrinin birliyinə olan inamı ifadə edərək, həmkarlarını toplantı üçün Tanrı dağlarına dəvət etmişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında