Macarıstan Milli Assambleyasının üzvü: “Ermənistan Dağlıq Qarabağdan tamamilə çıxmalıdır”

 

 

 

“BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələblərdən uzun müddət boyun qaçırmaq olmaz: Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın legitim və dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş əraziləridir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı isə beynəlxalq hüquqa daban-dabana ziddir. Bu da Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ və ona qonşu ərazilərdən tamamilə çıxmasını tələb etməyə əsas verir”.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, bunu Macarıstan Milli Assambleyasının üzvü, parlamentdəki Macarıstan-Azərbaycan Dostluq Qrupunun sədr müavini doktor Ferenk Papsak demişdir.

O bildirmşdir ki, beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycan ərazilərindən hərbi hissələrini geri çəkməsi tələbi artıq 20 ildir ki, mövcuddur: “Amma bunun heç bir nəticəsi görünmür. Əksinə, Ermənistan Dağlıq Qarabağda Xocalı aeroportunu işə salmaq və qondarma prezident seçkilərini keçirməklə beynəlxalq ictimaiyyəti qıcıqlandırır. Avropa İttifaqı dəfələrlə bəyan etmişdir ki, bu seçkilər münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq ictimaiyyətin işinə əngəl törədir”.

Macarıstan parlamentinin üzvü Ermənistanın işğalçılıq siyasətinin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələri ilə mühakimə olunaraq BMT Nizamnaməsinin ikinci maddəsinə əsasən beynəlxalq hüququn pozulması kimi qeydə alındığını xatırlamışdır: “Bunu 2008-ci ildə BMT Baş Assambleyası da təsdiq edib. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. 2005-ci ildə Avropa Şurası da müvafiq qətnamə qəbul etmişdir. 2010-cu ildə Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxmasını tələb etmişdir. Bu tələb hələ də qüvvədədir. Avropa Birliyi Dağlıq Qarabağdakı həllini tapmamış ərazi probleminə nöqtə qoymaq üçün öz tərəfdaşları ilə birgə bütün vasitələrə əl atmalıdır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında