Avropa Parlamenti Avropa Birliyini Rusiyaya qarşı əks tədbirlər işləyib hazırlamağa çağırmışdır

 

 

 

Avropa Parlamentinin dünən keçirilən plenar sessiyasında Ukrayna ilə bağlı qətnamə qəbul olunmuşdur.

 APA-nın xəbərinə görə, qətnamədə Rusiyanın Ukraynaya və Avropa Birliyinin digər Şərq tərəfdaşlarına təzyiqini pisləyən parlamentarilər AB-ni buna qarşı əks tədbirlər işləyib hazırlamağa çağırmışlar: “Avropa Parlamenti Rusiyanın Ukraynaya qəbuledilməz siyasi-iqtisadi təzyiqlərini və ticarət sanksiyaları hədələrini qətiyyətlə qınadığını bildirir  və AB-nin üzv ölkələrini Rusiyanın bu təzyiq alətləri və tədbirlərinə qarşı adekvat cavab siyasəti həyata keçirməyə çağırır”.

Avropa Parlamenti Rusiyanın Ümumdünya Ticarət Təşkilatının normalarını pozması ehtimalı ilə bağlı Avropa Komissiyasına cavab tədbirlərinin mümkünlüyünü nəzərdən keçirməyi təklif etmişdir.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında