Səfir: “ABŞ şirkətləri Azərbaycanın ikinci peykinin orbitə çıxarılması layihəsinə ciddi maraq göstərir”

 

 

 

ABŞ şirkətləri Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə yaxından maraqlanır.

Bu layihənin iqtisadi-texniki əsaslandırmasını ABŞ-ın Ticarət və İnkişaf Agentliyi maliyyələşdirir.  “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirmişdir.

“Bilirsiniz ki, İKT sahəsi iqtisadiyyatın diversifikasiyası üçün çox ümidverici sahədir. Bakıdakı Azərbaycan-ABŞ İKT forumunda iştirak edən və eyni zamanda Azərbaycanda fəaliyyət göstərmək istəyən Amerika şirkətləri var. Qeyd edim ki, Azərbaycan regionda İKT sahəsində yaxşı imkanlara malikdir. Ümid edirik ki, ABŞ-Azərbaycan əməkdaşlığı bu sahəyə öz töhfəsini verəcək”, - deyə amerikalı səfir bildirmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında