NATO Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəkdir

NATO Parlament Assambleyasının bu ilin payızında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirəyə çıxarmaq istəyi Ermənistanı təşvişə salmışdır. Ermənistan parlamentinin çağırışlarına baxmayaraq, Assambleya problemin müzakirəsindən imtina etmək fikrində deyildir.
NATO-nun son üç sammitində Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi, bu təklifə də müsbət yanaşılması erməniləri bərk sarsıtmışdır. Narahatlığını gizlətməyən Ermənistan parlamenti NATO-ya müraciət də ünvanlamışdır.
Ermənistanın "Armenia Today" informasiya agentliyi parlamentin spikeri Ovik Abramyanın Con Tannerə qurumun Dağlıq Qarabağ üzrə hazırlamağı planlaşdırdığı mümkün məruzəsi ilə bağlı münaqişənin müzakirəsindən imtina etmək xahişi barədə müraciətini dərc etmişdir. Amma bu müraciətə müsbət cavab verilməmişdir. Əksinə, Assambleyanın mətbuat ofisinin məlumatında Ermənistan parlamentinin çağırışına baxmayaraq, Dağlıq Qarabağ probleminin müzakirəsindən imtina edilməyəcəyi bildirilir. Qeyd olunur ki, Assambleyanın siyasi rəhbərliyi kiminsə müzakirədən sadəcə xoşu gəlmir deyə, ondan imtina edə bilməz. Qurumun bu məsələ ilə bağlı müəyyən addımlar atmaq barədə siyasi öhdəlikləri vardır.
Hazırda bütün diqqət noyabrda keçiriləcək növbəti toplantıya yönəlmişdir. Noyabrda Varşavada keçiriləcək toplantı çərçivəsində NATO Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə qətnamənin qəbulunun nəzərdə tutulduğu görüşü planlaşdırılır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında