Məlahət İbrahimqızı: "Ermənistan NATO Parlament Assambleyasında təcavüzkar siyasətinin ifşa olunmasından qorxur"

NATO Parlament Assambleyası nüfuzlu beynəlxalq təşkilat kimi Dağlıq Qarabağ probleminə obyektiv münasibət bildirməlidir.
Bu fikirləri AzərTAc-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı bildirmişdir. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti uzun müddətdir bu qurumda Dağlıq Qarabağ məsələsinin müzakirəyə çıxarılmasına çalışır. Artıq qurumun növbəti sessiyalarında problemin müzakirəsi nəzərdə tutulur.
Ermənistanın bundan narahat olduğunu deyən M.İbrahimqızı qeyd etmişdir ki, parlamentin spikeri Ovik Abramyan NATO PA-nın rəhbəri Con Tannerə qurumun Dağlıq Qarabağ münaqişəsinin müzakirəsindən imtina etməsini xahiş etmişdir. Amma Assambleya problemin müzakirəsindən imtina etmək fikrində deyildir.
M.İbrahimqızı demişdir: "Təbii ki, Ermənistan tərəfinin narahatlığı başadüşüləndir. Ermənilər özlərinin təcavüzkar hərəkətlərinin beynəlxalq müstəvidə getdikcə daha çox ifşa olunmalarından narahatdırlar. NATO nüfuzlu beynəlxalq təşkilat olaraq Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməlidir. Çünki işğalçılıq siyasəti bütövlükdə beynəlxalq hüquqa qarşı təcavüzdür".
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında