Türkiyə səfiri: “Vilnüsdə hansı qərarı qəbul etməsindən asılı olmayaraq, Azərbaycanı dəstəkləyəcəyik”

 

 

“Vilnüsdə Azərbaycanın hansı qərarı qəbul etməsindən asılı olmayaraq, Türkiyə Azərbaycanı dəstəkləyəcək”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Azərbaycanın “Şərq tərəfdaşlığı” sammitində iştirakı ilə əlaqədar sualı cavablandırarkən demişdir.

İ.A.Coşkun xatırlatmışdır ki, Türkiyə “soyuq müharibə” zamanı rəqib hərbi blokda olan Rusiya ilə əməkdaşlıq etmiş və NATO blokunda olmasına baxmayaraq, bu ölkə ilə iqtisadi sahədə sıx əlaqələrə malikdir: “Bu baxımından Avropa Birliyi və Rusiyanın Azərbaycanla öz şərtləri daxilində qurduğu münasibətlərə bütöv halda baxılmalıdır. Azərbaycanın da sahib olduğu potensialla AB və Rusiyaya nələr verə biləcəyi və onlardan nələri ala biləcəyi barədə düşünmək daha doğru olardı. Amma yenə də Azərbaycanın xarici siyasətdə hansı qərarı qəbul edəcəyindən asılı olmayaraq, biz azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında