Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşmüşdür.

Ali Məclisin sədri İrfan Siddiqi Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, səfirin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin Naxçıvan Muxtar Respublikasında bir sıra layihələr həyata keçirdiyini xatırladan Ali Məclisin sədri bundan sonra da ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən İrfan Siddiq Naxçıvan Muxtar Respublikasına səfərinin mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan qonaq diplomatik fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.

Görüşdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında