Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda MDB PA-nın bir sıra tədbirlərində iştirak etmişdir

 

 

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin  sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gəlmişdir.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun AzərTAc-a verdiyi məlumata görə, həmin gün Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matvienko, Qazaxıstan parlamenti Senatının sədri Kasımjomart Tokayev və bu ölkənin Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşmüşdür.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər  səviyyəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq parlament  təşkilatlarında qarşılıqlı  fəaliyyət və digər məsələlər ətrafında fikir  mübadiləsi aparılmışdır. Parlament rəhbərləri Azərbaycanda gedən sürətli inkişafı izlədiklərini və respublikamızın bütün sahələrdə  nümunəvi ölkə imici qazandığını vurğulayaraq, oktyabrın 9-da keçirilmiş prezident seçkilərini yüksək qiymətləndirmişlər. Onlar dövlətimizin başçısı İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən  Prezident seçilməsi münasibətilə təbriklərini çatdırmışlar.

Noyabrın 28-də Azərbaycan nümayəndə heyətinin üzvləri MDB PA-nın Şura iclasında iştirak etmişlər. İclasın gündəliyindəki 29 məsələdən biri - MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili məsələsi idi. MDB PA-nın müşahidə missiyasının hazırladığı yekun sənəddə oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri yüksək  qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda seçkilər şəffaf, ədalətli, seçici hüquqlarının qorunması şəraitində və beynəlxalq hüquq  normalarına  uyğun keçirilmişdir.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda  prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçilik missiyasını obyektiv yerinə yetirdiklərinə görə bu sahədə fəaliyyət göstərən institut və təşkilatlara  öz  təşəkkürünü  bildirmişdir.

Tədbirlərdə deputatlardan Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Mirkazım Kazımov, Aslan Cəfərov, Hacı Salayev, Milli Məclis  Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak etmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında