Britaniyalı parlamentari: “Dünya ictimaiyyəti məcburi köçkünlərin evlərinə qayıtması üçün səylərini artırmalıdır”

 

 

“Azərbaycana səfərlərim zamanı həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşlərim olub və onların fəaliyyəti məndə xoş təəssürat yaradıb.

Həmçinin, bp şirkətinin müxtəlif layihələrində çalışan həm britaniyalı mütəxəssislər, həm də azərbaycanlı fəhlələrlə görüşmüşəm. Lakin mənim üçün ən çətin və təsirli olan Ermənistanla müharibə nəticəsində doğma yurdundan didərgin düşmüş məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə etdiyim səfərlər olub. Azərbaycan hökumətinin inşa etdiyi yeni evlərdə məcburi köçkünlərlə görüşmüşəm. Buna rəğmən, dünya  ictimaiyyətinin həmin insanların evlərinə qayıtması üçün daha çox iş görməsi vacib məsələlərdən biridir”.

 

Avropa Azərbaycan Cəmiyyətindən  APA-ya verilən məlumata görə, bunu Böyük Britaniya Parlamentinin Leyboristlər Partiyasından olan üzvü Stefan Hepbörn demişdir.

O, hər səfərində Azərbaycanda baş vermiş dəyişikliklərə heyran qaldığını qeyd edir: “BMT-nin müvafiq hesabatlarına əsasən, Azərbaycanda yoxsuluq həddindən aşağıda yaşayan azərbaycanlıların sayı 2000-ci ildə 49 faizdən 2012-ci ildə 6 faizə düşüb. Hər səfərim zamanı aydın şəkildə görürəm ki, bu inkişaf davam etməkdədir.

Bakıda ən çox yadımda qalan o oldu ki, 1966-cı ildə futbol üzrə dünya çempionatında İngiltərəyə qol bağışlayan yan hakim bildirildiyi kimi, rus deyil, əslində azərbaycanlı Tofiq Bəhramov olub. Biz hər zaman onun həmin gün verdiyi qərara görə minnətdarıq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında