Mübariz QURBANLI: Prezidentimizin sərəncamı cümhuriyyət qurucularına olan böyük hörmət və ehtiramın ifadəsidir

 

 

 

Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb, lakin müəyyən tarixi iz qoyub gedibdir.

Tarixi keçmişimizə böyük hörmət, tarixi keçmişimizdən ibrət dərsi almaq, onu gənc nəsillərə çatdırmaq ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə çox əhəmiyyətli yer tutub.

Bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı demişdir.

M.Qurbanlı xatırlatmışdır ki, ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin baniləri ilə bağlı dəyərli fikirlər bildirmiş və bununla əlaqədar mühüm qərarlar qəbul etmişdir. Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyli və digərləri barədə Heydər Əliyev dəfələrlə çıxışlarında onların fəaliyyətini təqdir edən fikirlər söyləmişdir.

“Xalq Cümhuriyyətinin 80 illik yubileyi ulu öndərin zamanında Milli Məclisdə təntənəli şəkildə qeyd olunub. Eyni zamanda, Heydər Əliyev cümhuriyyət tarixinin öyrənilməsi ilə əlaqədar sərəncamlar imzalayıb, bu yöndə tapşırıqlar verib. Yəni, bizim tarixi keçmişimizə olan münasibətimiz dəyişməz qalır. Prezidentimiz cənab İlham Əliyev də tariximizə, tarixi ənənələrimizə, milli adət-ənənələrimizə, tarixi keçmişimizə, tarixi şəxsiyyətlərimizə çox böyük diqqətlə yanaşır və onun verdiyi sərəncamlarda bu, həmişə özünü göstərir. Prezident İlham Əliyev Xalq Cümhuriyətinin qurucularının tariximizdə yerini, onların adının əbədiləşdirilməsini öndə tutan qərarlar vermişdir”- deyə YAP icra katibinin müavini vurğulamışdır.

M.Qurbanlı qeyd etmişdir ki, Prezidentimizin M.Ə.Rəsulzadənin 130 illik yubileyi haqqında imzaladığı sərəncam da tarixi keçmişimizə və cümhuriyyət tariximizə, həmin dövlətin qurucularına olan hörmət, izzət və ehtiramdan irəli gəlir. M.Ə.Rəsulzadə 1918-ci ildə müvəqqəti fəaliyyət göstərmiş Milli Şuranın sədri kimi o dövrdə Xalq Cümhuriyyətinin qurucuları sırasında çox önəmli yerlərdən birini tutmuşdur.

“M.Ə.Rəsulzadə cümhuriyyət dövründə olan hökumətdə müəyyən vəzifə tutmasa da, parlament fəaliyyətində, eyni zamanda cümhuriyyətin süqutundan sonra mühacirət həyatında Azərbaycan tarixinin, milli ideyaların yaşadılmasında mühüm fəaliyyəti olan şəxslərdən biridir. Cümhuriyyətin digər liderləri də həmin dövlətin qurulmasında əhəmiyyətli rol oynamışlar. Onların hər birinin xatirəsi xalqımız tərəfindən əziz tutulur. Prezidentimizin sərəncamı da həmin tarixi xidmətlərə verilən qiymətdir.

Bu sərəncamla əlaqədar radikal müxalifət mətbuatında bəzi yazılara gəlincə, bunlar əsassızdır. Hesab edirəm ki, bu adamlar ulu öndər Heydər Əliyevin cümhuriyyət tariximizə verdiyi qiyməti bir daha göz önünə gətirib, Prezident İlham Əliyevin də bu işləri ardıcıl həyata keçirdiyini görməlidirlər. Lakin, təəssüf ki, müxalifətin radikal qanadı və onun mətbuatı dedi-qodu yazılarla bu sərəncam haqqında yanlış fikirlər səsləndirir. Prezidentimizin də, partiyamızın da siyasi xəttində tarixi keçmişimizə dərin hörmət və ehtiram olub və bundan sonra da olacaq. Ona görə də, hesab edirəm ki, bu sərəncam və bundan sonra digər cümhuriyyət qurucuları ilə bağlı veriləcək sərəncamlar tariximizə olan böyük hörmət və ehtiramın ifadəsidir”, – deyə YAP icra katibinin müavini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında