ABŞ-ın ATƏT-dəki səfiri: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla deyil, danışıqlar yolu ilə həll olunmalıdır

 

 

 

Dağlıq Qarabağ münaqişəsi hərbi yolla deyil, danışıqlar yolu ilə həll olunmalıdır. Trend-in ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer demişdir.

D.Baer bildirmişdir ki, Azərbaycan və Ermənistan prezidentlərinin son iki ildə ilk dəfə Vyanada keçirilmiş görüşü vacib addımdır: “Biz şadıq ki, bu görüşdən sonra xarici işlər nazirlərinin görüşü üçün şans olacaq”.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı görüşü barədə danışan ABŞ rəsmisi qeyd etmişdir ki, nazirlərin danışıqlarının məzmunu barədə əvvəlcədən bir söz demək istəmir: “Lakin biz Minsk qrupunu dəstəkləməyə davam edəcəyik. ABŞ Minsk qrupunun həmsədrlərindən biridir və səfir Ceyms Uorlik öz həmkarları ilə yorulmadan çalışır”.

D.Baer demişdir ki, ABŞ tərəflərin uzunmüddətli sülh axtarışına kömək edən həmsədrləri dəstəkləməyə davam edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında