Avropa Parlamenti komitəsinin sədri Aİ-ni Cənubi Qafqazda münaqişələrin həllində səyləri gücləndirməyə çağırmışdır

 

 

 

Avropa Parlamentinin Aİ-nin Cənubi Qafqaz ölkələri ilə Parlament əməkdaşlığı komitəsinin sədri Milan Kabrnox (Polşa) “Parliament Magazine” jurnalında dərc etdirdiyi məqalədə Brüsselin Cənubi Qafqazda yeritdiyi siyasəti tənqid etmişdir.

O, bu siyasəti həmin ölkələri kifayət qədər başa düşməməkdən irəli gələn “böyük səhvlərlə” dolu siyasət adlandırmışdır. Deputat yazır: “Biz onlara hələ də böyütməli olduğumuz kiçik qardaşlar kimi baxırıq, lakin biz münasibətlərimizi və real tərəfdaşlığımızı bu yolla qurmamalıyıq”.

Müəllif bildirir ki, onları narahat edən başlıca məsələ təhlükəsizlikdir. O yazır: “Azərbaycan, Gürcüstan və Ermənistan məhz bu sahədə bizdən kömək gözləyirlər, amma təəssüf ki, biz qətiyyətlə hərəkət etmək iqtidarında deyilik. Müxtəlif monitorinq missiyaları təsis etməkdən savayı, problemlərinin həllində onlara  başqa bir köməyimiz dəymir. Biz yalnız regionda münaqişələri pisləyən amorf bəyanatlar verə bilirik”.

Kabrnox Avropa İttifaqının qətiyyətsizliyindən istifadə edərək keçmiş imperiyanı və keçmiş əraziləri bərpa etməkdə davam edən üçüncü qüvvələrdən də bəhs edir. Müəllifin fikrincə, “indiyədək bu üç ölkəyə təklif olunan yalnız söz, tənqid və ekspertlər olmuşdur”, halbuki başqa qüvvələr onlara silah, təhlükəsizlik, qaz və neft təklif edir. Sonda Kabrnox yazır: “Biz də eyni şeyləri təklif etməməliyik,  bunun əvəzinə onlara demokratiya, insan hüquqları, media azadlığı təklif etməliyik”. Sonda müəllif qeyd edir ki, Brüssel münaqişələrin həllində fəal olmalıdır.

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında