İraq Azərbaycan ilə münasibətlərin daha da dərinləşməsində maraqlıdır

Avqustun 4-də Milli Məclisin sədri Oqtay Əsədov İraqın Azərbaycanda yeni təyin olunmuş səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən sədr, ona bu işdə və dost İraq ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşması istiqamətində fəaliyyətində uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan İraq ilə əlaqələrin bundan sonrakı inkişafına da xüsusi önəm verir.
Azərbaycan ilk günlərdən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq terrorizmlə mübarizə koalisiyasına qoşulmuş və İraqda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sülhməramlılarını bu ölkəyə göndərmişdir.
Oqtay Əsədov xüsusi qeyd etmişdir ki, Azərbaycan rəhbərliyi İraq ilə münasibətləri inkişaf etdirmək, Azərbaycan-İraq əməkdaşlığını genişləndirmək əzmindədir. Bu baxımdan ölkələrimiz arasında ticari, iqtisadi əlaqələrin də inkişaf etdirilməsi vacibdir. Belə bir inam ifadə olunmuşdur ki, İraq hökuməti ölkədə demokratiyanın inkişafına, iqtisadiyyatın gücləndirilməsinə, habelə suverenliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə nail olacaqdır. Bildirilmişdir ki, bu işdə Azərbaycan İraqa daim dəstək verməyə hazırdır.
Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin inkişaf etdirilməsindən bəhs edən sədr BMT və İKT çərçivəsində keçirilən tədbirlərdə İraqın Azərbaycanın mövqeyini dəstəklədiyini xüsusi qeyd etmişdir. BMT Baş Məclisinin 62-ci sessiyasında "İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyətə dair" Qətnamə layihəsi ilə əlaqədar keçirilmiş səsvermədə İraqın ölkəmizin mövqeyini dəstəkləməsi yüksək qiymətləndirilmiş və buna görə sədr təşəkkürünü bildirmişdir.
Parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğumuzu diqqətə çatdıran Oqtay Əsədov mədəniyyət sahəsində münasibətlərin dərinləşməsini təsdiq edən konkret tədbirlərdən söhbət açmışdır.
Səmimi qəbula görə minnətdarlığını bildirən İraqın Azərbaycana yeni təyin olunmuş səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır. Səfir öz ölkəsindəki ictimai-siyasi vəziyyət barədə məlumat vermişdir. İkitərəfli münasibətlər çərçivəsində iqtisadi, ticari əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Qeyd edilmişdir ki, Azərbaycan ilə İraq arasında birbaşa hava əlaqələrinin qurulması və gediş-gəlişin asanlaşdırılması bu baxımdan daha böyük töhfə verə bilər.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir daha öz ölkəsinin rəsmi mövqeyini açıqlayaraq bildirmişdir ki, İraq bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.
Səfir vurğulamışdır ki, xalqlarımız və dövlətlərimiz arasında tarixi köklərlə bir-birinə bağlı olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək və bu onun fəaliyyətində ən prioritet məsələ olacaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında