Qalib partiyanın şanlı tarixi

 

 

 

 

 

Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə Xətai rayon  təşkilatının iclas zalında toplantı keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu və yaradıcısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoydular.

Sonra YAP Xətai rayon təşkilatının iclas zalında keçirilən təntənəli mərasimi rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, bu gün Azərbaycan cəmiyyətinin həlledici qisminin inam və etimadına güvənən, ölkənin aydın sabahı naminə əzmlə çalışan Yeni Azərbaycan Partiyası ən yeni tariximizin 22 illik bir dövrü ərzində 21 illik  şərəfli yol keçmişdir. Bu yola nəzər salanda aydın görünür ki, YAP müstəqilliyimizin ilk illərində olduğu kimi bu gün də Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi taleyində müstəsna rol oynamaqdadır. Məhz hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının və onun qətiyyətli liderləri - ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqla sarsılmaz birliyi ötən illərdə Azərbaycanın inanılmaz intibah yolu keçməsinə, qısa bir dövrdə inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə imkan yaratmışdır.

Natiq bildirdi ki, YAP bu il  prezident seçkiləri kimi mühüm bir siyasi kampaniyanı uğurla və mütəşəkkilliklə gerçəkləşdirərək, ölkədə həlledici siyasi qüvvə kimi  yenidən öz iradəsini ortaya qoydu və xalqın səsini qazandı. Bu iradə və xalqın dərin inamı Yeni Azərbaycan Partiyasının vahid lideri cənab İlham Əliyevin seçkilərdə qələbəsini təmin etməklə Azərbaycanın yeni siyasi qələbələrə yolunu açdı.

Çıxışının sonunda R.Məmmədov seçkilərdə üzərlərinə düşən mühüm işlərin həyata keçirilməsində göstərdikləri fəallığa görə YAP üzvlərinə təşəkkür etdi və qazandıqları qələbəyə görə onları təbrik etdi.

Sonra YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxış edərək bildirdi ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli idealları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.

Natiq onu da vurğuladı ki, tarixə qovuşan 21 il ərzində hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki surətdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar isə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, etimadı daha da gücləndirmiş, daha da sarsılmaz etmişdir.

Tədbirdə çıxış edən professor Ədalət Fərəcov, Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvləri millət vəkili Hadi Rəcəbli, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları bildirdilər ki, Yeni Azərbaycan Partiyasının 21 illik tarixi müasir Azərbaycanın şərəf tarixidir. 2003-cü ildən ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin inamla davam etdirən, sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirən Prezident İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir göstərən ən mühüm məqamlardan biri də dövlət rəhbərimizin kifayət qədər təkmil siyasi təlimə - ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu təlim Azərbaycanın müstəqilliyinə, onun əbədi, dönməz xarakter daşımasına təminat vermişdir. Dövlət başçısı İlham Əliyev qısa zamanda yeni əsrin, yeni zamanın lideri kimi sübuta yetirmişdir ki, xalq taleyini ona etibar etməkdə heç də yanılmamışdır. Bu inam və etimad yüksək demokratiya şəraitində keçən builki prezident seçkilərində cənab İlham Əliyevin böyük qələbəsi ilə özünün təkrar təsdiqini tapdı.

Natiqlər onu da bildirdilər ki, bu gün Azərbaycanda yeni iqtisadi mühitin formalaşması, xalqın sosial rifahının durmadan yüksəlməsi, Azərbaycanın beynəlxalq imicinin durmadan möhkəmlənməsi aydın gördüyümüz və danılması mümkün olmayan  reallıqlardır. Biz əminik ki, xalqın Yeni Azərbaycan Partiyasının liderinə olan inamı bizim qarşıdakı illərdə ictimai-siyasi, sosial-iqtisadi sahələrdə möhtəşəm qələbələrimizi də təmin edəcək və ölkəmiz dünyanın qabaqcıl ölkələri sırasında öz yerini daha da möhkəmləndirəcək.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə partiya biletləri təqdim olundu və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıldı.

İlqar RÜSTƏMOV,

 Rafiq SALMANOV(foto), “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında