Ermənistan tərəfindən Azərbaycana vurulan ziyanın həcmi müəyyənləşdirilir

 

 

 

Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mədəni itkilərin beynəlxalq standartlara uyğun ənənəvi bazar dəyəri ilə qiymətləndirilməsi aparılır.

Hesablamalara görə, bu ziyanın məbləği 15-16 il əvvəl 110-120 milyard ABŞ dolları təşkil edirdisə, hazırki qiymətləndirmələrə əsasən, bu məbləğ 5 dəfəyə qədər çoxalıb. Bu barədə Trend-ə Nazirlər Kabinetinin sərəncamı ilə bu ilin oktyabrayında yaradılmış İşçi qrupunun üzvü, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı bildirmişdir.

Avrasiya Qiymətləndiricilər Birlikləri İdarə Heyətinin üzvü olan X.Kazımlı qeyd etmişdir ki, 21 ildən artıqdır, Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Azərbaycanın 560 kilometr sərhədi nəzarətsizdir. Bu ərazi nəin ki Azərbaycanın, hətta BMT-nin də nəzarətindən kənardadır. Azərbaycan 1987-ci ildən 1994-cü ilədək Ermənistan tərəfindən 373 dəfə terrora məruz qalmışdır.

Azərbaycan Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların,  Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı zamanı məcburi köçkün düşmüş insanların sosial-iqtisadi problemlərinin, eləcə də 1988-ci ildən indiyədək müharibə şəraitində yaşayaraq çətinliklərin öhdəsindən gəlmək məcburiyyətindədir: “Məhz buna görə də Azərbaycan hökuməti Ermənistan tərəfindən ölkəmizə vurulan hər cür ziyanın ümumi dəyərinin hesablanması və ödənilməsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək niyyətindədir. Bu istiqamətdə müvafiq işlər görülüb və başa çatmaq üzrədir. Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlanılması Ermənistan üçün ciddi siqnal olmalı və rəsmi Yerevan bundan nəticə çıxarmalıdır. Hesablamara görə, bu ziyanın məbləği 15-16 il əvvəl 110-120 milyard ABŞ dolları təşkil edirdisə, hazırki qiymətləndirmələrə görə bu məbləğ 5 dəfəyə qədər çoxalıb. Bununla bağlı ciddi araşdırma aparılacaq və dəymiş ziyanın məbləği tam dəqiqləşdirilərək açıqlanacaq”.

Qeyd edək ki, qrup 15 nəfərdən ibarətdir və 1996-cı ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla yaradılan Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərərçəkmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyanın nəzdində fəaliyyət göstərir. İşçi qrupuna Prezident Administrasiyası, eləcə də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri Əli Həsənov, bir sıra nazirlik və komitələr yaxından kömək edirlər. Məqsəd dəymiş ziyanın beynəlxalq qurumların iştirakı ilə hesablanması və beynəlxalq standartlara uyğun sənədin hazırlanmasıdır.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında