Belçikalı deputat: “BMT qətnamələrinin Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir”

 

 

“Azərbaycan Belçikada çox az tanınan ölkələrdən biridir. Azərbaycan cəmiyyətinin mədəni müxtəlifliyə malik olmasına baxmayaraq, bu ölkə çox zaman “uzaq məmləkət” kimi nəzərdən keçirilir. Lakin dini və etnik tolerantlıq üzərində qurulmuş Azərbaycan cəmiyyəti belçikalılar üçün örnək ola bilər”.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bunu Belçika Parlamentinin üzvü Alan Kurtua demişdir.

Onun sözlərinə görə, iyirmi ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi, coğrafi və mədəni potensialından tam bəhrələnməyə əngəl törədir: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin hələ də Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir. Fikrimcə, istənilən konstruktiv danışıqlar beynəlxalq hüquq və prinsiplər əsasında aparılmalıdır. Ermənistan bu beynəlxalq çərçivə ilə razılaşmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Məhz bundan sonra balanslı danışıqlar bütün Cənubi Qafqaz regionu üçün səmərəli həll yoluna gətirib çıxaracaq.

Azərbaycanın qaçqın və məcburi köçkün problemi sözsüz ki, faciədir. Mən beynəlxalq ictimaiyyəti bu unudulmuş problemə daha çox diqqət ayırmağa çağırıram. Beynəlxalq ictimaiyyətin Suriyadakı insan faciəsinə bu qədər diqqət yetirdiyi halda, Cənubi Qafqazdakı daha köhnə olan qaçqın və məcburi köçkün problemi diqqətdən kənarda qalmışdır. Bu, Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişaf etməsinə və təminatlı gələcəyini qurmasına əngəl törədir".

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında