Türkiyə XİN: BMT-nin islahatlara ehtiyacı var

 

 

BMT-nin ciddi islahatlara ehtiyacı var. “Trend”in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu çərşənbə axşamı Vaşinqtonda açıqlama vermişdir.

Ə.Davudoğlu demişdir: “Suriyadakı son hadisələr göstərir ki, BMT dünya birliyini təhdid edən böhranları, onlardan çıxış yollarını axtarıb dərhal reaksiya vermək imkanına malik deyil”.

Nazirin sözlərinə görə, BMT Suriya münaqişəsi nəticəsində yaranmış humanitar problemin həllinə səmərəli təsir göstərə bilmir: “Təəssüf ki, BMT Suriyadakı humanitar vəziyyət üzrə heç bir qətnamə qəbul etməmişdir”.

Əhməd Davudoğlu Birləşmiş Ştatlara rəsmi səfəri zamanı verdiyi açıqlamada Türkiyə ilə ABŞ-ın Dağlıq Qarabağ probleminin həllinə eyni prizmadan yanaşdığını bildirmişdir: “Dağlıq Qarabağ probleminin tez bir zamanda həll ediləcəyinə və bununla da Qafqaz bölgəsində stabilliyin bərqərar olacağına ümid edirik”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında