Azərbaycan-İsveç münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır

 

 

 

Noyabrın 19-da Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Adış Məmmədov bu ölkənin parlamentinin sədri Per Vesterberq ilə görüşmüşdür.

Səfirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-İsveç münasibətləri müzakirə olunmuş, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılmışdır. Səfir Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolundan danışmış, həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətinə toxunmuşdur.

Sonra səfir A.Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı parlamentin sədrinə geniş məlumat vermiş, Azərbaycan dövlətinin və hökumətinin münaqişə ilə bağlı mövqeyini bildirmiş, problemin həllində beynəlxalq təşkilatların daha da fəal olmalarının zəruriliyini vurğulamışdır. 

İsveç parlamentinin sədri Per Vesterberq Azərbaycan-Avropa əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, hər iki ölkənin parlamentlərinin bu istiqamətdəki fəaliyyətinin əhəmiyyətindən danışmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında