Avropa Parlamentinin vitse-prezidenti: Azərbaycan dini tolerantlıq sahəsində mühüm nailiyyətlər əldə etmişdir

 

 

 

Azərbaycanın tolerantlıq modelinin müsəlman dünyası üçün nümunə təşkil etdiyini deyən Avropa Parlamentinin (AP) vitse-prezidenti Surjan Lazslo bu modelin bütün dünyaya təqdim edilməsini vacib sayır.

Trend xəbər verir ki, noyabrın 12-də Brüsseldə, Avropa Parlamentində “Sərhədsiz İnsan Hüquqları” beynəlxalq təşkilatı tərəfindən hazırlanmış “Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru” adlı hesabatın təqdimatının keçirildiyi tədbirin təşkilatçısı olan AP-nin vitse-prezidenti S.Lazslo tədbir iştirakçılarına müraciət ünvanlamışdır.

O, müraciətdə bildirmişdir ki, “Sərhədsiz İnsan Hüquqları” təşkilatının hazırladığı hesabat onda dərin təəssürat buraxmışdır. Vitse-prezident Azərbaycanı dini azlıqlarla İslamın əməkdaşlığı və dinc yanaşı mövcudluğu istiqamətində fundamental nəticələrə nail olması münasibətilə təbrik etmişdir: “İdeologiyaların dəyişməsi zamanı insanlar başqalarına qarşı öz kimliklərini dərk edir və öz gündəlik həyatlarını stereotiplər və qeyri-adekvat duyğularla doldururlar. Bəzi ölkələrdə liderlərin siyasi kapital əldə etmək üçün həmin stereotiplərdən sui-istifadə etməsi xüsusi təhlükə yaradır ki, bu da teokratik ölkələrdə dini azlıqların nümayəndələrinin və inancı olmayan insanların təqibi ilə nəticələnir. Digər tərəfdən, eyni səhv o zaman baş verir ki, dünyəvi dövlət diktatorluğa çevrilərək dini həyatı istər ictimai, istərsə də özəl sferalardan sıxışdırıb çıxarmağa çalışır. Biz kommunist rejimlərində bunun kədərli nümunələrini gördük”.

Avropa Parlamentinin vitse-prezidentinin sözlərinə görə, nəzəriyyədə dini azlıqlarla dini əksəriyyətin birgə yaşayışını təmin etmək sahəsində düzgün balans tapmaq asandır, reallıqda isə bu çox çətin məsələdir. Bu hesabat göstərir ki, Azərbaycan bu istiqamətdə mühüm nailiyyətlər əldə etmişdir və həmin balansı tapmışdır: “Əhalisinin 96 faizi müsəlman olan Azərbaycanda qeyri-müsəlman azlıqların dinc yaşamasının təminatı istiqamətində ölkədə atılmış addımları yüksək qiymətləndirmək mənə doğrudan da böyük zövq verir. Düşünürəm ki, Azərbaycanın tolerantlıq modeli müsəlman dünyası üçün nümunə təşkil edir və buna görə də bizim hamımız üçün vacibdir ki, onu dünyaya təqdim edək. Bu modeli yaymaq həm “ərəb baharı”nı yaşayan problemli ölkələr üçün faydalı ola bilər, həm də Qərb ölkələrində islamofobiya ilə mübarizəyə öz töhfəsini verər”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında