Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşko Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişdir

 

 

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşko noyabrın 13-də Fəxri Xiyabana getmiş, orada xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər  Heydər Əliyevin məzarını ziyarət etmiş, onun məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, onun məzarı önünə tər çiçəklər qoyulmuşdur.

Qonaqlar daha sonra Şəhidlər Xiyabanına getmiş, Azərbaycanın azadlığı və suverenliyi naminə canlarından keçmiş vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” memorialının önünə əklil qoymuşlar.

Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtının panoramını seyr edən qonaqlara Şəhidlər Xiyabanının tarixi və şəhərdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında