Azərbaycan XİN: Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qanun layihəsinin Ermənistan parlamentində müzakirəsi sülh prosesinin pozulmasına yönəlmişdir

 

 

 

“Ermənistan parlamenti tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qanun layihəsinin müzakirəsi münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərəcək və bu prosesin pozulmasına yönəlmişdir”.

Bu sözləri  APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir. O bildirmişdir ki, bu məsələnin Ermənistan parlamentində müzakirəyə çıxarılması təxribatdır: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan parlamentinin sədri Ovik Abramyan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin noyabrın 12-də keçiriləcək növbədənkənar sessiyada müzakirə olunacağını açıqlamışdı. Qanun layihəsi müxalifətdəki “İrs” Partiyası tərəfindən hazırlanmışdır.

“Novosti-Armeniya” agentliyi xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan parlamentdə çıxışı zamanı demişdir ki, Ermənistan hesab edir ki, Dağlıq Qarabağın de-yure tanınması məqsədəuyğun deyil: “Dağlıq Qarabağın tanınması məsələsində Ermənistan Türkiyənin Şimali Kipr məsələsində olduğu kimi, tək qalmamalıdır”.

 Nazir müavini onu da əlavə edib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda durğunluq prosesə Dağlıq Qarabağın daxil edilməməsi ilə əlaqədardır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında