Avropa Birliyi “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Azərbaycana 30 milyon avro vəsait ayırmışdır

 

 

 

Avropa Birliyi (AB) “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Azərbaycana 30 milyon avro vəsait ayırmışdır.

APA-nın xəbərinə görə, bu barədə AB-nin “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində proqram ölkələrinin maliyyələşdirilməsi haqqında yaydığı məlumatda bildirilir.

Azərbaycana 2008-2012-ci illərdə energetika sahəsində islahatların dəstəklənməsi üçün 14 milyon avro, 2009-2014-cü illərdə ədliyyə sahəsində islahatların dəstəklənməsi üçün 16 milyon avro ayrılıb.

Qeyd olunur ki, bu islahatlar nəticəsində Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, 10 regional ədliyyə bölməsi yaradılıb, bərpa olunan enerji mənbələri üzrə milli planlar qəbul olunub, Ədliyyə Akademiyası mütəxəssislərin səviyyəsinin artırılması üçün kurslar təşkil edilib, məhbuslara peşəkar təhsil kursları təklif olunub.

Üçüncü “Şərq Tərəfdaşlığı” sammiti noyabrın 28-29-da Vilnüsdə keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında