Milli Məclisdə Azərbaycan-Braziliya əlaqələrinin perspektivləri müzakirə edilmişdir

 

 

 

Noyabrın 1-də Milli Məclisin sədri Oqtay Əsədov  Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Braziliya Federativ Respublikasının parlamentinin deputatı, Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Klaudio Kajado ilə görüşmüşdür.

Qonağı ikinci dəfə Azərbaycanda görməkdən məmnunluğunu bildirən O. Əsədov, rəsmi Bakının Braziliya ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu demişdir.  Bildirmişdir ki, hazırda iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Üç il əvvəl dövlətlərimiz arasında ticarət dövriyyəsi 183 milyon dollar həcmində olduğunu xatırladan Milli Məclisin sədri cari ildə iki ölkənin ticarət dövriyyəsinin həcminin 16 faiz artdığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, lakin bununla kifayətlənmək olmaz. Ölkələrimiz arasında əlaqələrin daha da irəliyə aparılması üçün böyük potensial vardır. Bu potensialdan səmərəli istifadə hər iki dövlətin milli maraqları üçün faydalı olar.

Bildirilmişdir ki, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə iş adamlarının və biznes strukturlarının qarşılıqlı səfərlərini təşkil etmək vacibdir.

Milli Məclisin sədri Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun yaradılmasını yüksək qiymətləndirmiş, bu quruma fəaliyyətində uğurlar arzulamışdır.

Səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən  Klaudio Kajado Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırmış, bu mötəbər tədbirdə müzakirə olunan məsələlərin aktual xarakter daşıdığını bildirmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycanın iqtisadi inkişafı özünü qabarıq şəkildə büruzə verməkdədir. Bu inkişaf ölkənin siyasi müstəqilliyinin qarantı olmuşdur. Cari ilin əvvəlində Azərbaycana etdiyi səfərdən məmnun qaldığını və ötən müddət ərzində Bakının daha da gözəlləşdiyini deyən qonaq, ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılması üçün səylə çalışacağını bildirmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında