Rusiya Prezidentinin xüsusi nümayəndəsi Biryulevo hadisələrini və Orxan Zeynalovun həbsini şərh etmişdir

 

 

 

Mixail ŞVIDKOY: “Azərbaycanla münasibətlərimiz hansısa məqamlardan, xüsusən kriminal hadisələrdən asılı deyil”

“Rusiyanın Azərbaycanla münasibətlərə dair hər hansı sualı və şübhəsi yoxdur. Azərbaycanla münasibətlər Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir. Bu siyasət hansısa məqamlardan, xüsusən kriminal hadisələrdən asılı deyil”. APA-nın xəbərinə görə, bu sözləri Bakıda jurnalistlərə açıqlamasında Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir.

Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisələri və Orxan Zeynalovun həbsini şərh edən M.Şvıdkoy bildirmişdir ki, Rusiyada çoxlu sayda azərbaycanlı, Azərbaycanda isə xeyli rus yaşayır: “Biz bir-birimizdən asılıyıq. Bizim üçün millətlərarası sülh vacibdir. Ölkələrimiz arasında münasibətlər dayanıqlı və stabil xarakter daşıyır. Hərdən müəyyən insidentlər baş verə bilər, lakin bunlar ciddi xarakter daşımır”.

M.Şvıdkoy qeyd etmişdir ki, Rusiyada anti-Azərbaycan və Azərbaycanda antirus əhval-ruhiyyəsinə yol vermək olmaz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında