Avropalı parlamentar: “Dünya ictimaiyyəti Ermənistanın Dağlıq Qarabağla bağlı heç bir hüququnu tanımır”

 

 “Nə Birləşmiş Millətlər Təşkilatı, nə də ki, dünyanın əksər ölkələri Ermənistanın bir işğalçı dövlət kimi Dağlıq Qarabağla bağlı heç bir hüququnu tanımır. Ermənistan beynəlxalq hüquq normalarını kobudcasına pozub və öz qoşunlarını Dağlıq-Qarabağdan çıxarmalıdır. Çox təəssüf  ki, Ermənistan onun ərazisində hərbi bazaları olan Rusiya tərəfindən dəstəklənir”.

APA -nın məlumatına görə, bunu Avropa Parlamentinin Sloveniyadan olan üzvü İvo Vaygl Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab olaraq demişdir.

O bildirmişdir ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində ölkələrin ərazi toxunulmazlığı prinsipi dünyada sülh və sabitliyin təmin olunması üçün əsas prioritetdir: “Əgər Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” iştirakçısı ölkələrindən biri bu prinsipə əməl etmirsə, bu bütün ölkələr üçün problem deməkdir. Odur ki, bu  məsələ təcili şəkildə həllini tapmalı və adekvat qərarlar qəbul olunmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarından deportasiyaya məruz qalan hər bir məcburi köçkün öz doğma yurduna qayıtmaq şansına sahib olmalıdır.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq təkcə Qərbi Avropa ölkələrinin enerji təminatı məsələsi ilə məhdudlaşmır. Azərbaycan regiondakı sabitliyin əsas qarantıdır. Bu səbəbdən, Avropa İttifaqı regiondakı dondurulmuş münaqişələrin sülh yolu ilə aradan qaldırılmasında maraqlıdır.

 ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çoxlu əmək sərf  etmişdir. Lakin aydın məsələdir ki, bu problem təkcə diplomatik müstəvidə  həll olunası bir məsələ deyil. Bu nəzərəçarpacaq siyasi problemdir ki, Cənubi Qafqazda söz sahibi olan bütün dövlətlərin əməkdaşlığı sayəsində həll oluna bilər”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında