İƏT baş katibi: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

 

 

 

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi onun nüfuzuna zərbə vurur, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının mümkünlüyünə insanların inamını sarsıdır”.

APA-nın xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu BMT Təhlükəsizlik Şurasının iclasında bildirmişdir.

 İclas dünyada sülh və təhlükəsizliyin təmin olunmasında BMT-İƏT əməkdaşlığına həsr olunmuşdur. O, qeyd etmişdir ki, İƏT Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsindən narahatdır: “Tərəfləri münaqişəni sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə, Azərbaycan Respublikasının beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırırıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında