Azərbaycan Avropa İttifaqı üçün ən vacib tərəfdaş ölkələrdən biridir

 

 

 

Oktyabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Filip Lefort Azərbaycanın Avropa İttifaqı üçün ən vacib tərəfdaş ölkələrdən biri olduğunu bildirməklə yanaşı, Zakir Həsənovu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik etmək fürsəti qazanmasından məmnunluğunu söyləmiş və ona gələcək işlərində uğurlar arzulamışdır. 

Regiondakı vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu görüşdə müdafiə naziri Zakir Həsənov vurğulamışdır ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu siyasətində qoyduğu hədəflər dəyişməzdir və güclü dövlət, güclü ordu siyasəti başlıca məqsəddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti şərh edən müdafiə naziri bildirmişdir ki, biz torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarıyıq, lakin ərazilərimizi işğaldan azad etmək hüququnu da özümüzdə saxlayırıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında